Bakıda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Xətai rayonu, 2-ci zeytun sovxozu 165 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədli Turan Məmməd oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
AQTA-dan Valyuta.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması faktı aşkar edilib.
Belə ki, müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay