Lider TV-nin kreditorlarının yığıncağı keçiriləcək
İyulun 22-də, saat 11:00-da müflis elan edilmiş “Lider TV və Radio - Azərbaycan” MMC-nin kreditorlarının ilkin yığıncağı keçiriləcək.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 83/23 ünvanında olacaq.
Kreditorlar 2 ay ərzində qeyd olunan ünvana müraciət edərək tələblərini irəli sürə bilərlər. Telefon: (012) 497-61-58; (012) 497-88-99 (daxili: 111).
Xatırladaq ki, “Lider TV və Radio-Azərbaycan” Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müflis elan olunub, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasov onun əmlak inzibatçısı təyin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay