Bakıda 13 heyvan kəsimi məntəqəsi qanunsuz fəaliyyət göstərib
Bakı şəhərinin Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 8 noyabr ünvanında yerləşən, fiziki şəxs Cabbarov Rahil Ramiz oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Xətai rayonu, Cavanşir 15 nvannda yerləşən, fiziki şəxs Manafov Babaəli Qəni oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Xətai rayonu, Şıxlınski 36 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Namiq Kamal oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Xətai rayonu, Şıxlınski 23 ünvanında yerləşən, fiziki şəxs Şahbazov Mahir Məhiyyədin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 72 ünvanında yerləşən, fiziki şəxs İmaməliyev Elmar Ağamalı oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 3 ünvanında yerləşən , fiziki şəxs Baxışov Nuru Baxış oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 8 ünvanında yerləşən , fiziki şəxs Nəzərov Əvəz Ağaxan oğluna məxsus heyvan kəsimi məntəqəsi;
8. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Mustafayev Nazim Nüsrət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
9. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 56 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Səxavət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
10. Bakı şəhəri, Xətai rayonu, M.Hadi 58 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Kamal Nadir oğluna məxsus heyvan kəsimi məntəqəsi;
11. Bakı şəhəri, Xətai rayonu, M.Hadi 73 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Valeh Rəhbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
12. Bakı şəhəri, Xətai rayonu, M.Hadi 63 ünvanında yerləşən, fiziki şəxs Həşimov Fərhad Babalar oğluna məxsus heyvan kəsimi məntəqəsi;
13. Bakı şəhəri, Xətai rayonu, M.Hadi 58 küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Kamal Nadir oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay