Xəbər
29.06.2021 / 16:44
Azərbaycan bu il ən çox hansı ölkəyə məhsul göndərib? - DGK
14783
Cari ilin yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Valyuta.az-a bildirilib ki, 5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 730,9 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 207 milyon dollar, Hindistana isə 350,1 milyon dollardır.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 886,3 milyon dollar, Türkiyə ilə 1 milyard 867,4 milyon dollar, Rusiya ilə 1 milyard 59,3 milyon dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay