Azərbaycan dövlət büdcəsinin gəlirləri cüzi azalıb
2021-ci ilin 5 ayı ərzində Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 30 milyard 055,7 milyon manat təşkil edib.
Valyuta.az-ın Mərkəzi Bankın yaydığı məlumatlara əsasən apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 291,2 milyon manat və ya 0,3 faiz azdır.
Bu da onu göstərir ki, 2020-ci ilin 5 ayı ərzində dövlət büdcəsinin gəlirləri 33 milyard 34,8 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, qeyd edilən gəlirlərin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi 164,6 faiz olub.
Bildirək ki, dövlət büdcəsinə may ayı ərzində daxil olan gəlirləri 9 735, 2 milyon manat təşkil edib. Bu da aprel ayının gəlirləri ilə müqayisədə 1 500,9 milyon manat çoxdur. Belə ki, bu dövrdə büdcə gəlirləri 8 234,3 milyon manat olub.
May ayında bu gəlirlərin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 30,9 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 792,3 min manat azdır. Bu da onu göstərir ki, ötən il dövlər büdcəsi 10 milyard 527,5 milyon manat gəlir əldə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay