BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14565

2021-ci ilin ilk 5 ayı ərzində əhalinin banklardakı əmanətləri 457 milyon 350 min manat artıb. Bu artım aprel-may dövründəki artımlardan qaynaqlanır. 

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, son iki hesabat ayında əhalinin əmanətləri 487 milyon 670 min manat artıb. 

Aprelin əvvəlindən əmanətlərin sığortalanması üzrə yeni şərtlər qüvvəyə minib. 05 aprel 2021-ci il tarixdən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. 

Qorunan əmanətlərin siyahısına notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatadək  pul vəsaitləri daxil edilmişdir.  Əmanətlərin tam sığortalanması sistemi sona çatdığından martda əhalinin əmanətləri azalmışdı.

Əhalinin əmanətləri aprel  ayında 205 milyon 440 min manat, may ayında 282 milyon 230 min manat artıb.

Ötən ilin sonunda əhalinin banklardakı əmanətləri 8 milyard 177 milyon 880 min manat, 2021-ci ilin mart ayının sonunda 8 milyard 147 milyon 480 min manat ikən, mayın sonunda 8 milyard 635 milyon 150 min manat təşkil edib.

2021-ci ilin aprel-may dövründə əhalinin milli valyutadakı əmanətləri 695 milyon 830 min manat artıb, xarici valyutadakı əmanətləri isə 208 milyon 160 min manat azalıb.

Aprel ayında devalvasiyadan sonra ilk dəfə milli valyutadakı əmanətlər xarici valyutadakı əmanətləri üstələyib. May ayının sonunda əhalinin 8 milyard 635 milyon 150 min manat cəmi əmanətlərinin 54,9%-i və ya 4 milyard 741 milyon 640 min manatı milli valyutada, 45,1%-i və ya 3 milyard 893 milyon 500 min manatı  xarici valyutada olub. Mayda xarici valyutadakı əmanətlər 4 milyard manat səviyyəsindən də aşağı düşüb.

Xatırladaq ki, 2015-ci ilin sonunda əhalinin banklardakı əmanətlərinin 85%-i xarici valyutada idi.

Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması, Manatın məzənnəsinin sabit qalması və milli valyutada yerləşdirilən əmanətlərə yüksək faizlərin ödənilməsi manat əmanətlərinin artmasına səbəb olur.

Fiziki şəxslərin əmanətlərinin strukturu, milyon manat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin