Bu il sığorta agentləri üçün komissiya haqlarının həcmi artıb
2020-ci ilin I rübündə Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 40 milyon 244,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,3% azdır.
Valyuta.az İnterfax.az-a istinadən xəbər verir ki, xərclərin 26,1%-i – 10 milyon 516,2 min manat agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb (azalma 19,7%).
13 milyon 888,3 min manat (azalma 4,8%) və ya xərclərin 34,5%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 1 milyon 668,6 min manat (azalma 69%), sosial ayırmalar 2 milyon 722,8 min manat (artım 24,9%), icarə ödənişləri 1 milyon 626,5 min manat (artım 11,5%) təşkil edib.
Bundan başqa, hesabat dövründə sığorta sektoru reklama 588,6 min manat yönəldib ki, bu da 2020-ci ilin yanvar-mart aylarının göstəricisindən 24,3% azdır.
2020-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 53,072 milyon manat yönəldib (2019-cu illə müqayisədə azalma 14,4%). Ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 27,3%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay