Restoran sahibi karantin qaydalarını pozdu: Polisə zor tətbiq etdi - RƏSMİ (FOTO)
Sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə dərc olunan iddialar əsassızdır və böhtan xarakterlidir.
Bunu Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən “Qala” restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub:
“Polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi T.Zeynalov obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib. Rayon Polis Şöbəsinin əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq RPŞ-yə gətirib.
Tural Zeynalov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, T. Zeynalovun obyektində bundan əvvəl də yeddi dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülüb.
Bundan başqa o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması), 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T. Zeynalov 15 sutka inzibati həbs olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay