BDU-nun dosenti 7 milyon manatlıq <span style="color: #ff0000;">TENDERİ UDDU (FOTO)</span>

Redaktor

21.06.2021 17:34
1,336

BDU-nun dosenti 7 milyon manatlıq TENDERİ UDDU (FOTO)

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC nasos aqreqatları və digər avadanlıqların satınalınması ilə elan etdiyi 7 milyon manatlıq tenderə yükun vurub. 

Valyuta.az xəbər verir ki, tenderi ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi elan edib.

Tenderin qalibi olan "Kaskad-hidro" MMC-yə 6.9 milyon manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Kaskad-Hidro” MMC 10 noyabr 2011-ci il tarixində qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 20 manat olan MMC Nərimanov rayonu, Ziya Bünyadov, ev 110 K ünvanında yerləşir. “Kaskad-Hidro” MMC-nin qanuni təmsilçisi Həmidov Sabir İsa oğludur.

Sabir Həmidov 2000-ci ildən bu günə qədər Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.

Sabir Həmidov 1954-ci ildə Ermənistan Respublikasında anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirib.

1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsini bitirib.

O, AMEA-nın Kibernetika İnstitutunda (1976-1980), Sankt-Peterburq Dövlət Universitetində (1981-1982 ixtisasartırma), "Kaskad" Xüsusi Konstruktor Bürosu (1983-1990) və "Savalan" Kişik Müəssisəsində (1991-2000) çalışıb.

1986-cı ildə "Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır.

O, bakalavr pilləsi üzrə - diskret riyaziyyat kursu, riyazi məntiq və diskret riyaziyyat modelləri kursu, iqtisadi kibernetika kursu Magistratura pilləsi üzrə isə - diskret minimaks məsələləri, qeyri-hamar analizin bəzi məsələləri, iqtisadi sistemlərdə diskret proqpamlaşdırma üsulları dərslərini tələbələrə tədris edir.

Onun tədqiqat sahəsinə - Qeyri-hamar optimizasiya məsələləri və İqtisadi dinamika modellərinin tədqiqi aiddir.

Ömər Vəzirli

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...