Xəbər
21.06.2021 / 14:21
Nazir sığorta haqları üzrə büdcə daxilolmaların həcmini AÇIQLADI
14292
2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 531 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu statistik rəqəmləri İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkədəki səhifəsində göstərib.
Onun sözlərinə görə, işsizlikdən sığorta üzrə daxilolmalar isə 52,4 milyon manat təşkil edib.
“Bu ilin 5 ayı ərzində bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb”, - deyə M.Cabbarov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay