Xəbər
21.06.2021 / 12:52
Büdcəyə vergi daxilolmaları 3,8 milyard manatdan çoxdur - NAZİR
14281
İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir.
Valyuta.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Twitter” səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub.
Daxilolmalar üzrə proqnozun 127,1% icra edildiyini söyləyən nazir qeyd edib ki, artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır:
“Bu sahə üzrə daxilolmalar 2 milyard. 754 mln. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay