İrandan Azərbaycana gətirilən araxis əzməsi yararsız çıxdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentlikdən Valyuta.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasında “Shirezza Halva Shekari” tərəfindən istehsal olunan və “ Azər Pak” MMC tərəfindən ölkəmizə idxal edilən araxis əzməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq (aflatoksin - B1) aşkar edilib.
Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay