Nazir vaksinasiyadan imtina edən müəllimlərin sayını açıqladı
“Bu günə qədər 122 348 təhsil işçisi COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurub”.
Valyuta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu siyahıya texniki işçilər də aiddir:
“Çox az sayda müəllim vaksinasiya olunmaqdan imtina edib. Hesab edirəm ki, onları da inandıra biləcəyik ki, bu, onların sağlamlığı üçündür. Ümumilikdə, inandığımız odur ki, pandemiyanın bugünkü mərhələsində əlverişli mühit yaranıb. Lakin nəzərə almaq lazımdır ki, qarşıdan payız mövsümü gəlir. Bir sözlə ənənəvi tədrisə qayıtmağın yeganə yolu vaksinasiyadan keçməkdir”.
E.Əmrullayev onu da əlavə edib ki, əsas hədəf xüsusilə ibtidai siniflərdə şagirdlər bir-biri ilə ünsiyyətdə olmasıdır:
“Çünki aşağı yaşlarda beyin inkişafı formalaşır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay