Sahibkarlığın İnkişafı Fondundan kapital bazarı üçün 200 milyon manatlıq TENDER
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlar bazarında əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası üzrə açıq tender elan edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 120 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 19-u, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 310-23-02.
Tenderin nəticəsi iyulun 22-də, saat 15:00-da Portalda açıqlanacaq. Qalib investisiya şirkəti Fonda 3 il müddətində xidmət göstərəcək. Bu müddətdə Fond 200 milyon manat məbləğində sərbəst vəsaitini kapital bazarına yönəldərək repo əməliyyatlarından gəlir əldə etməyi planlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay