Azərbaycana ət və süd idxalı kəskin azalıb - DGK
Bu ilin yanvar-may aylarında Azərbaycana 25 milyon 808,74 min dollar dəyərində 14 683,44 ton ət idxal edilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 36,1%, həcm göstəricisi üzrə isə 35% azdır.
Cari ilin ilk beş ayında ölkəyə 4 773,10 min dollar dəyərində (azalma 39,3%) 3 203,71 ton (azalma 27,7%) süd idxal olunub.
Bununla yanaşı, ölkəyə 32 738,25 min dollar dəyərində 6 726,03 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8,7% və 6,6% azdır.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 213,7 min ton ət, 874,7 min ton süd istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı isə 1,8% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay