Xəbər
15.06.2021 / 15:40
Türkiyəli iş adamı Kəmaləddin Heydərovun şirkətini MƏHKƏMƏYƏ VERDİ
13953
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Holdinq” MMC məhkəməyə verilib.
Valyuta.az Hit.az-a istinadən xəbər verir ki, iddiaçı “Ertok” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
“Ertok” MMC 26 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Olcay Aydır. Şirkət təsərrüfat mallarının satışı ilə məşğuldur.
Bundan əvvəl “Gilan Holdinq”ə daxil olan “Gilan İnşaat” şirkəti məhkəməyə verilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay