Bu rayonlarda 35 heyvan kəsimi məntəqəsində reydlər keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir.
AQTA-dan Valyuta.az-a verilən məlumata görə, bu ilin aprel - iyun ayları ərzində Qazax, Tovuz, Gədəbəy rayonlarında Daxili İşlər Nazirliyinin rayon polis şöbələri və rayon icra hakimiyyətlərinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirilib.
Reydlər zamanı 35 heyvan kəsimi və ət satışı məntəqəsinin antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan fəaliyyət göstərdiyi aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Qanun pozuntusu aşkar edilmiş 6 heyvan kəsimi və ət satışı məntəqəsinin səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada müvafiq tədbirlər görülüb, 29 məntəqənin səlahiyyətli nümayəndəsinə xəbərdarlıq edilib.
Eyni zamanda, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay