Dövlət büdcəsinə vergi borcları kəskin artıb
2020-ci ildə dövlət büdcəsinə vergi borclarında artım qeydə alınıb. Ümumilikdə, borclar 334,441 milyon manat və ya 27,7% artaraq 1,54 milyard manat olub.
Valyuta.az-ın Sfera.az-a istinadən xəbər verir ki, borcun 1,025 milyard manatı əsas məbləğ, 293,7 milyon manatı faiz, 222 milyon manatı maliyyə sanksiyalarından ibarətdir. Bir ildə əsas məbləğdə 201,303 milyon manat, maliyyə sanksiyalarında 64 milyon manat, faizlər üzrə 69,1 milyon manat artım olub.
2019-cu ildə dövlət büdcəsinə vergi borcu 1,2 milyard manat, 2018-ci ildə 1,1 milyard manat, 2017-ci ildə 1,063 milyard manat idi.
2020-ci ilin sonuna dövlət büdcəsinə olan ümumi borcun 69,5%-i Bakı şəhəri üzrə, 30,5%-i respublikanın digər regionları üzrə qeydiyyatda olan vergi ödəyicilərinin payına düşüb. Ötən il ümumi borc artımının 67,7%-i Bakı şəhərində qeydə alınıb.
Borc əsasən qeyri neft-qaz sektoru üzrə yaranıb. Ümumi borcun 3 %-i neft-qaz sektoruna, 97 %-i qeyri neft-qaz sektoruna aid edilən vergi ödəyicilərinin payına düşüb.
Borcların artımının tədiyyə növləri səviyyəsində əsas səbəblərini hüquqi şəxslərin mənfəət vergisi və əmlak vergisi üzrə hesablanan öhdəliklərin vaxtında dövlət büdcəsinə ödənilməməsi ilə əlaqələndirmək olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay