Dövlət şirkətləri ötən il dövlət büdcəsinə nə qədər dividend ödəyiblər?
2020-ci ildə kapitalında dövlət payı olan dövlət şirkətləri və banklar Azərbaycanın dövlət büdcəsinə 151,153 milyon manat ($88,9 milyon) məbləğində dividend ödəyiblər.
Valyuta.az xəbər verir ki, Hesablama Palatası 2020-ci il ərzində dövlət büdcəsinin icarsını təhlil edib.
Təhlil çərçivəsində dövlət payı ilə səhmdar cəmiyyətləri tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi ilə əlaqədar vəziyyət öyrənilib.
Xüsisilə, ötən il “Azərlotereya” ASC dövlət büdcəsinə 1 milyon manat məbləgində dividend ödəyib (plan 100% icra olunub). “Aqrarkredit” QSC-dən dividendlər üzrə daxilolmalar 153 min manat təşkil edib (plan 180 min manat olub).
Bundan əlavə, dövlət büdcəsində Azərbaycan Beynəlxalq Bankı tərəfindən dividend ödənişinin nəzərdə tutulmadığına baxmayaraq, bank dövlət büdcəsinə 150 milyon manat ödəyib.
Bu vəsait “Aqrarkredit” QSC-nin dövlət zəmanəti ilə buraxılan istiqarzları üzrə borcun ödənilməsinə yönəldilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay