Xəbər
09.06.2021 / 17:31
Ötən il qalıq vəsaitlərin idarə olunmasından gələn gəlirlər kəskin artıb
13611
2020-ci ildə Azərbaycan vahid xəzinə hesabında olan qalıq vəsaitlərin idarə olunmasından 20 mln. 513 min manat gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisindən 18,2 dəfə çoxdur.
Hesablama Palatasından Valyuta.az-a verilən məlumata görə, eyni zamanda, 2020-ci ildə daxilolmalar üzrə plan 58,6% yerinə yetirilib.
Bu ilin yanvarın 1-nə xəzinə hesabında olan sərbəst qalıq vəsaitin məbləği 1 milyard 526,1 mln. manat təşkil edib.
Bu vəsaitlərin 640,9 mln. manatı ARDNF-in, 8,422 mln. manatı “Azər-Türk Bank”ın idarəçiliyinə verilib, qalan 876,7 mln. manat isə cari və valyuta xəzinə hesablarında yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay