Ötən il neft-qaz sektorunun büdcə gəlirlərinə təsirləri açıqlanıb
2020-ci ildə neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan gəlirlərin xüsusi çəkisi 2019-cu ilin yekunları üzrə qeydə alınmış 56,2%-ə qarşı 56,7%-dək artıb.
Valyuta.az Hesablama Palatasının yaydığı hesabata istinadən xəbər verir ki, ötən il neft-qaz sektorundan dövlət büdcəsinə 14 mlrd. 2 mln. 120,5 min manat (2019-cu illə müqayisədə artım 2,9%) daxil olub.
Xüsusilə hesabat ilində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 12,2 mlrd. manat (artım 7,4%), SOCAR-ın vergi ödənişləri - 1 mlrd. 198 mln. 371,5 manat (azalma 15%), hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərinin mənfəət vergisi üzrə ödənişləri 603,749 mln. manat (azalma 27,3%) təşkil edib.
2020-ci ildə ARDNF-dən transfertlər dövlət büdcəsinin gəlirlərinin 49,4%-ni (2019-cu ildə 46,9%) təmin edib.
Ötən il dövlət büdcəsinin qeyri-neft gəlirləri 10 mlrd. 679 mln. 614,1 min manat (2019-cu illə müqayisədə artım 0,6%) təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay