“Kaspi” Əli Həsənovdan rəsmən alındı
Artıq “Kaspi” qəzetinin təsisçisi “Qlobal” Media Qrupudur və bu, qəzetin rekvizitində də rəsmiləşib.
Valyuta.az Bakupost.az-a istinadən xəbər verir ki, qəzetin dizaynı və imkanları da genişlənib.
Hələlik həftəlik çıxan qəzet yaxın günlərdə yüksək keyfiyyətlə gündəlik nəşr olunacaq. “Kaspi”nin dünyanın məşhur nəşrləri səviyyəsində təqdim olunacağı planlaşdırılıb. Qəzet hazırda tanınmış idman jurnalisti Natiq Muxtarlının baş redaktorluğu ilə işıq üzü görür.
Ancaq Bakupost.az-a daxil olan məlumata görə, bu post başqa şəxsə həvalə olunacaq.
Qeyd edək ki, “Kaspi” qəzeti Prezidentin sabiq köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçiliyi ilə dərc olunurdu. Ə.Həsənov vəzifədən getdikdən sonra qəzet maddi çətinliklə üzləşmiş və fəaliyyətini dayandırmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay