Rüşvətə görə həbs olunan sabiq direktordan xəbər var: İstintaqı bitib
“Saatlı Gənclər Evi”nin sabiq direktoru Əzizağa Kişibala oğlu Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilən iş hakim İlkin Abdullayevin icraatına verilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompyuter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay