BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
13530

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə son günlər sosial şəbəkələrdə yayılan Bakının səmadan çəkilmiş fotosunu şərh edib.

Valyuta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”ında Hikmət Əlizadə məsələ ilə bağlı açıqlama verib. 

H.Əlizadə bildirib ki, sosial şəbəkələrdə adətən Bakının dağüstü parkdan çəkilən fotosundan danışılır: 

“Amma Bakı təkcə mərkəzi hissədən ibarət deyil. Bakının rayonları var, o rayonlar ki, bəzi hissələri tamamilə neftlə çirklənmiş ərazilər idi, park yox idi. Sabunçu, Bakıxanov, Suraxanı, Pirallahı və s. bunlar hamısı Bakını təşkil edən rayonlardır. Abşeron yarımadasında yerləşdiyi üçün Bakının torpağı o qədər də münbit torpaq deyil. Burada yaşıllıq çox çətinliklə bitir. Ona görə bu gün biz hər bir ağac üçün mübarizə aparırıq. Amma “kütləvi şəkildə Bakıda ağaclar kəsilir” iddia etmək də düzgün deyil”. 

Keçən il və bu il çoxlu sayda qeydiyyat apardıqlarını deyən Nazirlik əməkdaşı, hətta 6 işin hüquq-mühafizə orqanlarına verildiyini qeyd edib: 

“147 yaşıllıqla bağlı akt tərtib edilib, amma bunların hər birində 1, 3, 5 ağacın kəsilməsindən söhbət gedir. Amma yüz minlərlə də ağac əkilir, təkcə “Nəsimi il” çərçivəsində 650 min ağa, o cümlədən Bakıda 80 min ağac əkilmişdi. Bir ağac kəsildiyi təqdirdə on, yüz minlərlə ağac əkilir. Yetişmə faizinə baxanda Bakıda yaşıllığın azaldığını deyə bilmərik. 1960-cı illərdə Bakının ortalama 1,5 faizi yaşıllıq idi. Sonradan 8-10 faiz artıb. Hazırda bu dinamika artmaqdadır. Mövcud qanunvericiliyə əsasən, şəhər ərazilərində yaşıllıqların uçotu yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır. Onlar ərazilərindəki yaşıllıqların sayını, miqdarını, faizini bilməli və müvafiq orqanlara təqdim etməlidir. Çox təəssüf ki, bu iş demək olar ki, aparılmır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin