Xəbər
08.06.2021 / 13:59
Dövlət büdcəsinin xərclərinə 1 milyard manatdan çox qənaət edilib - NAZİR
13494
“2020-ci ilin dövlət büdcəsində yaranan kəsr 48,5 % az olub”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, kəsrin daralması ilk növbədə fiskal orqanların proqnozdan artıq daxilolmaları hesabına baş verib:
“İkincisi isə 330 milyon manat vəsait kreditin bağlanması ilə bizə daxil olub”.
Nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra dövlət büdcəsinin xərclərinin qənaətlə istifadə olunması ilə bağlı qərarlar qəbul edilib:
“1 milyard 75 milyon manat vəsaitə qənaət edilib. Hansı ki, bu vəsait işğaldan azad olunmuş yerlərin bərpası üçün nəzərdə tutulub. 284 milyon manat daxil daxilolmalar hesabına kəsr örtülüb”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay