Xəbər
08.06.2021 / 13:31
Yaxın günlərdə təhsil sahəsi ilə bağlı vacib qərarlar qəbul ediləcək - NAZİR
13488
“Elm və təhsil xərcləri hökumətin prioritetlərindən biridir. İldən-ilə dövlət tərəfindən təhsil sahəsinə ayrılan vəsaitin həcmi artırılır”.
Valyuta.az bildirir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, təhsil sahəsinin inkişafı hökumətin prioritetlərindən biridir və ildən-ilə bu vəsait artırılır.
“Nəzərə almalıyıq ki, 2020-ci ildə bizim ÜDM-də bir qədər azalma baş verib. Amma buna baxmayaraq xərclərin artırılması istiqamətində də addımlar atılmaqdadır. Prezidentin tapşırığı ilə təhsil sahəsində yaxın vaxtlarda yeni qərarların qəbul edilməsi nəzərdə tutulur”, - deyə S.Şərifov bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay