Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat müddəti uzadılıb
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 8 iyun saat 23:59-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Valyuta.az-a verilən məlumata görə, hazırda Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;
- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;
Qeyd olunan abituriyentlər günün sonunadək verilən link (//eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qabiliyyət imtahanları üzrə qeydiyyat ikinci dəfə də aparılacaq. Qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq. İkinci qeydiyyat müddətində aşağıdakı abituriyentlər qeydiyyatdan keçə biləcəklər:
- qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları;
- subbakalavrlar;
- II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;
- qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay