Xəbər
04.06.2021 / 17:05
Bəsitçay ərazisinə vurulan ziyan hesablanır
13390
“İşğaldan azad olunan torpaqlarımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi mühafizə olunan ərazilərdə də ciddi ziyan dəyib”.
Valyuta.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, həmin ərazidə yerləşən Bəsitçayın ərazisi 107 hektardır, onun 100 hektarı meşə çinarlarının qorunması üçün salınıb.
“Təəssüf ki, onun 40 hektara yaxını məhv edilib. Vurulan ziyanlar hesablanır, Bəsitçayla bağlı monitorinq işləri aparılır”. Aidiyyəti qurumlar şərait yaratdıqda monitorinqləri təşkil edilir”, - deyə o əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay