Xəbər
04.06.2021 / 16:44
AQTA-dan enerji içkiləri bağlı AÇIQLAMA: Çoxu adi sərinləşdirici sulardır
13389
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif marka enerji içkilərinin monitorinq edilib. Müəyyən edilib ki, əksər enerji içkiləri tərkibindəki kofenin və digər maddələrin miqdarı onun enerji içkisi olmadığını deməyə əsas verir”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib.
“İstehlakçıların diqqətinə çatdırmaq istəyirəm ki, tərkibindəki kofenin miqdarı 15-dən aşağı olduğuna görə, o, enerji içkisi sayılmır. O, adicə sərinləşdirici içkidir. Onu istehlak etmək olar, ancaq onu enerji içkisi kimi istifadə edilməməlidir. Onun stimullaşdırma effekti olmayacaq”, - o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay