Oxçuçayda çirkləndiricilər normadan yüksəkdir - NAZİRLİK
"İşğaldan azad olunmuş ərazilərdəki bütün çaylardan analizlər götürülüb".
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ETSN-in Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdir müavini Vasif Əliyev Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji durum mövzusunda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həm ölkə daxilində, həm də xaricində analizlər yoxlanılıb:
"Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə yüksəkdir. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr yolverilən qatılıq həddindən yüksəkdir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay