Ödənişli xidmət göstərən TV şirkətlərinin sayında dəyişiklik olmayıb – MTRŞ sədri
Ötən müddət ərzində ödənişli televiziya xidmətləri göstərən lisenziyalaşdırılmış şirkətlərin sayında ciddi dəyişiklik olmayıb.
Valyuta.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov APA-ya müsahibəsində söyləyib.
Onun sözlərinə görə, son 1 ildə Şura yalnız bir ödənişli televiziya operatoruna - İPTV yayımçısına lisenziya verilib.
Qeyd edək ki, Ombudsman tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsi təklif olunub.
Bu təklifi müsbət qiymətləndirən İ. Sətarov qeyd edib ki, yeni “Media haqqında” qanun layihəsində hazırda qanunvericilik sahəsində mövcud olan boşluqlar və çatışmazlıqlar nəzərə alınıb və onların minimuma endirilməsi hədəflənib:
“Təbii ki, “Media haqqında” qanun qəbul olunduqdan sonra ona uyğun olaraq digər qanunvericilik aktlarında, o cümlədən, İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklərin olunması labüddür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay