Xəbər
02.06.2021 / 19:31
Qaraçuxur qəsəbəsində ağacları kəsən şəxs cəzalandırılıb
13241
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Valyuta.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib”, - deyə B.Məhəmmədov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay