Xəbər
01.06.2021 / 10:30
Nöqsana görə çıxarılan şöbə müdirinin vəzifəsini kim yerinə yetirir?
13111
İşində yol verdiyi nöqsana görə işdən azad olunan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızının vəzifəsinin həvalə edildiyi şəxsin adı məlum olub.
Valyuta.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, onun vəzifəsi müvəqqəti Pərviz Əhmədova tapşırılıb.
Qeyd edək ki, Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.
Aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay