Rusiyanın ən zəngin varisi azərbaycanlıdır - FOTOLAR
"Lukoil şirkətinin rəhbəri Vahid Ələkbərovun oğlu Yusif üst-üstə altıncı il "Forbes" jurnalına görə, Rusiyada ən varlı varis seçilib.
Azərbaycanlı milyarderin 24,9 milyard dollar sərvəti yeganə oğluna çatacaq.
Varislərin reytinqinin cəmi 6 ildir yayımlandığı diqqət çəkir. Beləliklə, Yusif heç vaxt birincilik çələngini əlindən verməyib.
Rusiyanın ən zəngin 3-cü şəxsi olan Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma, "Lukoil" şirkətinin idarə edilməsi funksiyalarını itirəcəyini əlavə edib.
Reytinqin yaradıcıları milyarderin sərvətini götürüb bütün qanuni uşaqları arasında bölüşdürürlər. Ümumilikdə 20 ailə var. Varislərin ümumi sayı 50 nəfərdir. Onların hər birini ən azı 3,1 milyard dollar miras gözləyir.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Yusif Ələkbərov "Lukoil"u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən "Plan B" şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli "Lukavto" ASC-yə, "EKTO" şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan "Yusal" ASC-nin sahibidir. //Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay