Azərbaycanda əsas kapitala investisiya yatırımları azalıb - HESABAT
Bu ilin 4 ayı ərzində Azərbaycanda əsas kapitala investisiya yatırımlarının ümumi həcmi açıqlanıb.
Valyuta.az Mərkəzi Bankı yaydığı aylıq hesabata istinadən bildirir ki, qeyd edilən dövrdə bu həcm 8 milyard 180,49 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 614,31 manat və ya 20 faiz azdır. Belə aydın olur ki, ötən ilin eyni dövründə bu həcm 9 milyard 794,8 milyon manat təşkil edib.
Qeyd edək ki, təkcə aprel ayında əsas kapitala investisiya yatırımları 3 milyard 752,8 milyon manat həcmində olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 150,7 milyon manat və ya 3,8 faiz azdır. Belə ki, ətn ilin aprel ayında əsas kapitala 3 milyard 903,5 milyon manat həcmində investisiya yatırımları yönəlib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay