Xəbər
27.05.2021 / 11:35
Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar artıb - NAZİR
12871
2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edir.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub:
“Bunun da 451,0 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür. Vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 milyon manat artıqdır”.
Nazir sonda iqtisadi islahatların və özəl sektorun inkişafının öz bəhrələrini verdiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay