Xəbər
26.05.2021 / 11:46
Məşhur deputat BOKT-dakı payının bir hissəsini satıb
12804
"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, söhbət Tamara Polyakovadan gedir.
O, BOKT-un səhmlərinin 14%-ni əldə edib. Son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay