Xəbər
25.05.2021 / 18:35
Bu il Bakıda ticarət dövriyyəsinin həcmi cüzi artıb
12789
2021-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,8 faiz artaraq 6 milyard 723,1 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Valyuta.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3 milyard 545,7 milyon manata yüksəlib.
Qeyri-ərzaq məhsullarının həcmi isə 0,7 faiz azalaraq 3 milyard 177,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 38,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay