Xəbər
25.05.2021 / 18:27
Bakının ictimai iaşə dövriyyəsi bu il kəskin azalıb
12788
Bu ilin yanvar-aprel aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 38,5% azalaraq 129,5 mln. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Valyuta.az-a verilən məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,8% azalaraq 90,4 mln. manat olub.
Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay