2020-ci ildə icra edilmiş büdcə xərcləri 2 dəfədən çox olub - HESABAT
2020-ci ildə icra edilmiş xərclərin 29,4%-i (2019-cu ildə 31,7%-i) ilin son rübündə icra edilib. Həmin məbləğin də 54,7%-i (2019-cu ildə 55,0%-i) dekabr ayının payına düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
Məlumatların təhlili göstərir ki, ilk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2 milyard 014,8 milyon manat təşkil etməsinə baxmayaraq, dekabr ayında xərclər müvafiq göstəricidən 2,1 dəfə çox olub. Belə ki, dekabr ayında xərc edilən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1%-ni (2019-cu ildə 17,4%-ni) təşkil edib.
Xərclərin ilin sonunda icra edilməsi büdcə vəsaitlərinin akkreditiv, depozit və tapşırıq, bank hesablarına yönəldilməsinə şərait yaradır.
Hesabat ilinin ikinci yarısında dövlət büdcəsinin icra edilmiş məbləğləri ilin birinci yarısı ilə müqayisədə nisbətən çox olub, ilin 4 ayında gəlir xərcləri üstələsə də, digər 8 ayda əks meyl müşahidə edilib, dövlət büdcəsi balansının 2020-ci il üzrə proqnozlaşdırılmış və icra göstəriciləri arasında fərqlər izlənilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay