Ötən ilin IV rübündə icra edilmiş xərclərin çəkisi böyük olub - HESABAT
“2020-ci ildə xərclərin aylar üzrə təsdiq edilmiş göstəriciləri və faktiki icra məbləğləri arasında fərqlər müşahidə edilib, həm nisbi, həm də mütləq göstəricilər üzrə ən böyük fərqlər noyabr və dekabr ayları üzrə olub, əvvəlki illərdə olduğu kimi, IV rübdə icra edilmiş xərclərin xüsusi çəkisi daha böyük olaraq qalıb”.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
Hesabat ilində xərclərin yanvar, iyun və dekabr aylarında icra göstəriciləri aylar üzrə müəyyən edilmiş proqnozu üstələyib, digər aylarda isə proqnozdan az olub.
İcranın proqnozdan ən çox aşağı olduğu göstərici 1 milyard 342,4 milyon manat təşkil etməklə noyabr ayında müşahidə edilib. Belə ki, noyabr ayı üçün dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 10,1% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 4,9 faiz bəndi az olmaqla 5,2% təşkil edib.
İcranın proqnozu ən çox üstələdiyi göstərici 1 milyard 223,3 milyon manat olmaqla dekabr ayında müşahidə edilib. Belə ki, dekabr ayı üçün dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 11% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 4,5 faiz bəndi çox olmaqla 15,5% təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay