Hesablama Palatası: Dövlət büdcəsinin proqnozlara qarşı gəlirləri böyük kəsirlə icra edilib
Ötən il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin aylar üzrə proqnoz və faktiki icra göstəriciləri arasında fərqlər müşahidə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.
Qeyd edilir ki, proqnozlara qarşı gəlirlər 7 ay üzrə artıqlaması ilə, 5 ay üzrə kəsirlə icra edilib, mart ayında neftin qiymətində kəskin dəyişikliklərin izlənməsi büdcənin aylıq icra parametrlərinə əhəmiyyətli təsir edib.
Hesabat ilində neftin qiymətində müşahidə olunan tərəddüdlər gəlirlərin proqnoz və faktiki icra göstəricilərində kənarlaşmaların böyüməsi ilə nəticələnib.
İcranın proqnozu ən çox üstələdiyi göstərici 2 milyard 332,9 milyon manat olmaqla mart ayında müşahidə edilib. Belə ki, mart ayı üçün dövlət büdcəsi gəlirlərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 7,7% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 9,7 faiz bəndi çox olmaqla 17,4% təşkil edib.
Artıq icra məbləğinin 98,0%-i DNF-dən olan transferlərin payına düşüb. Belə ki, mart ayında dünya bazarında xam neftin qiymətinin kəskin ucuzlaşması fonunda valyuta bazarında xarici valyutaya olan tələbin əhəmiyyətli artması ay ərzində keçirilmiş valyuta hərraclarında Dövlət Neft Fondunun (ARDNF) 1 928,3 milyon ABŞ dolları satmasını labüd edib.
İcranın proqnozdan ən çox aşağı olduğu göstərici 968,1 milyon manat təşkil etməklə may ayında müşahidə edilib. Belə ki, may ayı üçün dövlət büdcəsi gəlirlərinin rüblər və aylar üzrə bölgüsü ilə müəyyən edilmiş göstərici 8,0% olsa da, faktiki göstərici təsdiq edilmiş bölgüdən 4,0 faiz bəndi az olmaqla 4% təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay