Ayrı-ayrı lisey və gimnaziyalara qəbul müxtəlif siniflər üzrə aparılır - AÇIQLAMA
“Lisey və gimnaziyalarda mərkəzləşdirilmiş imtahanda iştirak etmək üçün şagird yerdəyişməsi sistemində qeydiyyatdan keçilir”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev bildirib.
Onun sözlərinə görə, burada valideynlər şəxsi kabinet yaratmalıdırlar, çoxunda da bu, artıq mövcuddur:
“3 cür lisey və gimnaziyaya qəbul var. Şagird oradan mərkəzləşdirilmiş qaydada imtahan keçirilən lisey və gimnaziyanı seçməli və qeydiyyatdan keçməlidir. Burada bir vacib məsələ var ki, ayrı-ayrı lisey və gimnaziyalara qəbul müxtəlif siniflər üzrə aparılır. Məsələn, Pişəvəri adına humanitar fənlər gimnaziyasına əsasən 5-ci sinif şagirdləri qəbul edirik. Ancaq ola bilsin ki, həmin gimnaziyada VI və VII siniflərə də vakant yerlər var”.
F.Qarayev bildirib ki, ona görə valideyn sorğu yerləşdirdikdə, mərkəzləşdirilmiş imtahan sorğusunu keçirdikdə qarşısına bir siyahı çıxır:
“Məsələn, tutaq ki, valideynin uşağı hazırda V sinifdə oxuyur, gələn il VI sinfi həmin gimnaziyada oxuması üçün müraciət etmək istəyir. Orada siyahı çıxır ki, hansı məktəblərə VI sinfə qəbul var və qəbul sayı nə qədərdir. Elə məktəblər var ki, ora qəbul 3 və ya 5 nəfə, elə məktəblər də var ki, 80 və ya 90 nəfərdir. Valideynlər də görür ki, hansı lisey və gimnaziyaya şagird qəbulu nə qədərdir. Aşağıdan isə imtahan mərkəzini seçirlər, burada bir yanılma ola bilər. Aşağıdakı imtahan mərkəzini seçəndə əslində valideyn uşağının oxumaq istədiyi lisey və gimnaziyanı seçmir”.
Bu zaman valideynin yalnız övladının imtahan verəcəyi mərkəzi seçdiyini deyən sektor müdiri əlavə edib ki, orada bir çox imtahan mərkəzləri var:
“Bu mərkəzlər də ona görə verilib ki, valideyn üçün hansı mərkəzdə imtahan vermək daha rahatdırsa, onu seçə Təmayüllü Liseydə təhsil almasını arzulayır. Bu sistemi ona görə yaratmışıq ki, valideyn imtahan üçün bir də uşağını götürüb Bakıya gəlməsin. Elə Şəkidə yaradılan imtahan mərkəzində qeydiyyatdan keçir, imtahanı da orada verir və müvafiq bal toplayır. Bu, imtahana qeydiyyat prosesidir, oxumaq istədiyi lisey və gimnaziyanı seçmək prosesi deyil. Birinci olaraq, valideyn imtahan üçün sorğu yerləşdirir, imtahanda iştirak etmək üçün olan mərkəzlər də həmin sistemdə mövcuddur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay