BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
12711

Ötən il pandemiya fəsadlarının daha çox hiss olunduğu sosial sektorda mənfi meyillər müşahidə olunub, əhalinin gəlirləri həm nominal, həm də real ifadədə azalıb, məşğul əhalinin sayı üçün xarakterik olmayan mənfi dinamika qeydə alınıb.

Valyuta.az-ın verdiyi məlumata görə,, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

Qeyd edilir ki, karantin dövründə pandemiyadan birbaşa zərərçəkmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası məqsədilə dövlət tərəfindən əhalinin həssas qruplarına sosial müavinətlər ödənilib, əhalinin rifah səviyyəsinin qorunub saxlanmasına, iqtisadiyyatın təşviq olunmasına yönəldilmiş tədbirlər həyata keçirilib, lakin baxılan dövrün sonuna əhali gəlirləri üzrə əvvəlki illə müqayisədə azalma izlənilib.

Məbləğ ifadəsində 55 milyon 726,1 min. manata bərabər olan, əvvəlki ilə nisbətən real ifadədə isə 4,5% azalan əhalinin gəlirlərinin əsas elementlərindən biri olan orta aylıq əməkhaqqı il ərzində artmağa davam edib, bu artım əvvəlki ildə həyata keçirilən sosial-fiskal paketlə əlaqəli olub.

2020-ci ildə uzun müddətdir müsbət dinamika nümayiş etdirən məşğul əhalinin sayı illik müqayisədə 1,3% azalıb ki, bu da qapanma tədbirləri ilə, həmçinin pandemiya ilə əlaqədar dövlət tərəfindən sosial yardımların göstərilməsi şərtlərinin hesabatlılığa müsbət təsiri ilə izah oluna bilər.

Pandemiyanın vurduğu ziyanın aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər arasında sosial dəstək proqramı olan birdəfəlik ödəmə proqramı üzrə ödənişlər həyata keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, bu proqram çərçivəsində işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-rəsmi məşğul şəxslərdən ibarət aztəminatlılara – 600 min nəfərə birdəfəlik müavinət ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin