Altıncı sinif tarix dərsliyində 50-dən çox səhv tapıldı - RƏSMİ
AMEA Tarix institutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə müvafiq komissiyalar yaradılıb.
İnstitutdan Valyuta.az-a bildirilib ki, altıncı sinfin Ümumi tarix dərsliyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya tərəfindən həmin dərslik üzrə 56 elmi səhv və qüsur müəyyən olunub.
Qeyd edilib ki, təqdim olunan qüsur və səhvlər qeyd edilən dərsliyin vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.
Beləliklə, ən qısa zamanda yeni tipli tarix dərslikləri hazırlanmasına keçmək lazımdır.
Bunun əvəzinə dərsliklər yazdırıb, sonra onlarda qüsur və ya səhvlərin müəyyən edilməsi praktikası sadəcə vaxt itkisidir və heç bir keyfiyyət dəyişikliyi yarada bilməz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay