Dövlət büdcəsinin ehtiyat fondundan ötən il nə qədər vəsait xərclənib
2020-ci il dövlət büdcəsinin icrası prosesində Azərbaycanın sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanunun 19.6-cı maddəsinə uyğun olaraq 2020-ci il dövlət büdcəsində qənaət olunmuş 439,6 mln. manat vəsait dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməklə, Fondun həcmi 649,6 mln. manat olub.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, il ərzində həmin vəsaitin 527,5 mln. manatından istifadə olunub.
Bu vəsaitin 207,4 mln. manatı və ya 33,1 %-i əsaslı xərclərin, 420,1 mln. manatı və ya 66,9 %-i cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay