Hər bir tələbəyə düşən təhsil xərclərinin miqdarı artırılıb
Keçən il elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən yönəldilən 744,9 milyon manat vəsait də nəzərə alınmaqla 8805,0 milyon manat vəsait yönəldilib. Bu da 2019-cu illə müqayisədə 2260,9 milyon manat və ya 34,5 % çoxdur.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Sənəddə qeyd olunub ki, həmin xərclər dövlət büdcəsi xərclərinin 33,3 %-ni təşkil edib.
Elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,5 %-i həcmində və ya 143,6 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 21,3 milyon manat və 17,4 % çoxdur.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 229,6 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 11,4 %-i həcmində (2019-cu illə müqayisədə 1,2 %-bənd çox) və ya 3003,9 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 517,6 milyon manat və ya 20,8 % çoxdur.
Son 5 ildə (2016-2020-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 %-bənd, natural ifadədə isə 1019,9 milyon manat və ya 1,6 dəfə artıb.
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30 %-dək artırılması təmin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay