BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
12568

“Ermənistanın sülh prosesinin sürətli məcraya yönəlməsinə qarşı cəhdləri, “hərbi əsirlər” məsələsini qaldırması, mina xəritəsini Azərbaycana təqdim etməməsi həm də ona xidmət edir ki, Azərbaycanın işğal altındakı bölgələrinə qarşı Ermənistan tərəfindən uzun illər boyu həyata keçirilmiş ekoloji terror faktlarının dəqiqləşdirilməsi işi ləngisin”. 

Valyuta.az xəbər verir ki, bu fikirləri millət vəkili Əliabbas Salahzadə səsləndirib.

Millət vəkili qeyd edib ki, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistan tərəfindən illərdir törədilən ekoloji cinayətlər nəticəsində ətraf mühitə və təbii sərvətlərə dəyən zərər təxminən 265,3 milyard dollar dəyərindədir: 

“Qısaca desək, işğal nəticəsində Qarabağ bölgəsi “ekosid” kimi xarakterizə oluna bilən ekosistemin kütləvi məhvinə uğrayıb və bu, cinayət məsuliyyəti tələb edir. Torpaqların işğaldan azad edilməsi nəticəsində Azərbaycan 30 ilə yaxındır ki, bu torpaqlarda ermənilərin həyata keçirdiyi yeni ekoloji terror faktlarını aşkar edib. Azad edilmiş ərazilərin flora və faunasının həqiqi vəziyyətini öyrənmək üçün yerində müvafiq araşdırma və obyektiv elmi qiymətləndirmələr aparıldıqdan sonra ekosid cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi və təzminat tələb edilməsinin hüquqi mexanizmlərini müəyyənləşdirmək mümkün olacaq”.

Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik bölgələrindəki təbiətə qarşı düşmən münasibət və eko-terror yalnız Azərbaycanın ekoloji tarazlığı, flora və faunası üçün ciddi təhlükə yaratmır, eyni zamanda bölgədə sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir:

“Ermənistanı zəhərli “milli üstünlük və ərazilərin genişləndirilməsi” fikirlərindən imtina etməyə təşviq etmək lazımdır. Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini, qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq.

Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

“CPM-İnvest”in birjadakı itkiləri yarım milyard manatı ötüb

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

Azərbaycan avtobusları hansı ölkələrdən və neçəyə alır? - Siyahı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

Ən yaxşı iş axtarış saytları - Siyahı

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)

Hansı ödənişlər dividend hesab edilir? - Misallarla

Tramp FED-in qərarını "siyasi" hesab edir

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Dünya brendləri ilə işləyən İtaliya şirkəti Azərbaycan istehsalı ayaqqabıları dizayn edəcək

Sabah yağış yağacaq

Çin Mərkəzi Bankı əsas kredit faiz dərəcəsində dəyişiklik etmədi

Ağdamda Cənubi Qafqazın ilk divar kağızı istehsal zavodu açılıb

Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir

Bakıda kirayə mənzil bazarında vəziyyət - Hansı hallar qiymətlərə təsir edə bilər?

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - Siyahı

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

“Telegram”da kriptovalyuta birjasının nümayəndəsi sizə yazırsa, diqqətli olun

Üç kollecə direktor təyin olundu (SİYAHI)

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2 090 iş yeri yaradılacaq

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin