Nazir müavini: Qarabağdakı çaylarda vəziyyət çox acınacaqlıdır
“Qarabağ bölgəsində ərazilərin tənzimlənməsi ilə bağlı böyük layihələr var. Yeni anbarların tikilməsi planlaşdırılır”.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimiz su ehtiyatlarının zənginliyi baxımından Azərbaycanın digər əraziləri ilə müqayisədə daha zəngindir:
“Azərbaycanda formalaşan su ehtiyatlarımızın 18-20 faizi Qarabağ ərazisində formalaşır. Bölgədə bir neçə su anbarı var. Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindən keçir. Bu çayların bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1 və Köndələnçay-2 su anbarları yerləşir.
“Xudafərin” və “Qız Qalası” su anbarlarının suyundan istifadə kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq. Həmin ehtiyatların dövrəyə qoşulması 30 il ərzində 1 000 hektar ərazimizin su ilə təmin olunaraq yüksək məhsuldarlığın əldə edilməsinə gətirib çıxaracaq”.
Nazir müavini qeyd edib ki, Qarabağ ərazisində olan çayların bir neçəsinin Ermənistan ərazisindən keçməsi çirkləndirmənin yüksək olmasına gətirib çıxarır:
“Araz, Bərgüşad, Oxçu çayda çirkləndirmə yüksəkdir. Nazirlik həmin çaylarda monitorinqlər aparır. Oxçu çayda vəziyyət çox acınacaqlıdır. Monitorinqlərin nəticələri beynəlxalq təşkilatlara göndərilib. Bu məsələnin tənzimlənməsi ilə bağlı nazirlik olaraq tədbirlərin görülməsinə başlamışıq. Ərazilərin tənzimlənməsi ilə bağlı böyük layihələr var. Yeni anbarların tikilməsi planlaşdırılır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay