BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
12546

"Qarabağda olan təbiət abidələrinin əksəriyyəti tamamilə məhv edilib".

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev bildirib.

Onun sözlərinə görə, Qarabağ bölgəsində 260311 hektar meşə sahəsi var:

“Peyk təsvilərinə əsasən, bunun örtülü hissəsinin 54328 hektarı tamamilə məhv edilib. Qarabağ bölgəsində xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 təbiət yasaqlığı var. Ümumi ərazisi 42,042 hektardır, bu isə ölkə üzrə 4,8 faizini təşkil edir. Burada da xüsusi mühafizə olunan 6218 hektarı meşə ilə örtülü sahə məhv edilib”.

R. Mirzəyev qeyd edib ki, monitorinqlər zamanı 121 təbiət abidəsinə baxış keçirilib. Həmin təbiət abidəsinin 112-si tamamilə kəsilib aparılıb:

"Özü də erməni xislətinə uyğun olaraq ağacları kəsib aparandan sonra hətta yerini yandırıblar ki, bir daha çıxmasın. Tut bağlarını kütləvi şəkildə məhv ediblər. 1960-70-ci illərdə xüsusilə Qubadlı, Zəngilan, Cəbrayıl ərazisində vaxtilə baramaçılığın inkişafı üçün tut bağları salınıb. Həmin tut bağları artıq məhv edilib. O yerlərdə bizim xüsusilə qiymətli Araz palıdı meşəsi olub, bura da təbiət abidəsi idi. İlkin baxış zamanı aşkar edilib ki, həmin meşənin 250 hektar ərazisi tamamilə dağıdılıb aparılıb, yeri yandırılıb".

Həkəri çayı boyunca Azərbaycanda olan hissəsində yaşıllıqların tamamilə məhv edildiyini bildirən Raqub Mirzəyev, bütün rəqəmlərin dəqiqləşdirildiyini diqqətə çatdırıb:

"Qarabağ bölgəsində 2000-dən çox bitki növü var. Bunlar hamısı təsirlərə məruz qalıb, fauna və flora məhv olub. Baxış keçirilən təbiət abidələri olan qədim ağaclar Füzuli, Cəbrayıl, Ağdam Qubadlı və Zəngilanda olub. Laçın, Kəlbəcər, Xocavənd, Xocalı ərazisinə hələ ki, baxış keçirmək mümkün olmayıb. Tam dəqiqləşmə yerində araşdırmalar zamanı olacaq və hüquqi qiymət veriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin